SON DƏQİQƏ: Türk kəşfiyyatından ŞOK ƏMƏLİYYAT - İranlı agentlər həbs edildi - VİDEO

13 Oktyabr 2021 22:10

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və ölkənin şərqindəki Van əyalətində polisin birgə keçirdiyi əməliyyat nəticəsində İran casus şəbəkəsi ifşa edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İran xüsusi xidmət orqanlarının iki agenti də daxil olmaqla 8 nəfər saxlanılıb.

Qrup üzvlərinin keçmiş İran hərbçisini qeyri rəsmi yolla ilə öz ölkələrinə aparmaq istəyərkən ələ keçirildiyi bildirilir.

Milli.Az