19:38
Baş Prokurorluq itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin Hadrutda tapılması ilə bağlı məlumat yayıb.
Qurumdan daxil olan məlumatda deyilir:
"Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun - gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir".
--------
19:02
Ötən gün işğaldan azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində Vətən müharibəsində itkin düşmüş azərbaycanlı hərbi qulluqçunun meyiti aşkarlanıb.
Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və erməni tərəfin nümayəndələrindən ibarət keçirilən axtarış tədbirləri nəticəsində azərbaycanlı hərbi qulluqçunun meyiti ilə yanaşı, 2 erməni hərbçisinin də cəsədi aşkarlanıb. Erməni hərbçilərin cəsədi qarşı tərəfə təhvil verilib.
Xatırladaq ki, Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 7 hərbçisi itkin düşüb. Hazırda qalan 6 hərbi qulluqçumuzun axtarışları davam etdirilir.
Milli.Az