"Məni sinəmi böyütməyə məcbur etdirib"

13 Oktyabr 2021 20:18

Ötən il dünyasını dəyişən əfsanəvi argentinalı peşəkar futbolçu Dieqo Armando Maradona ilə yatan Mavys Alvarez (37) adlı kubalı qadının görüntüləri ortaya çıxıb.

Milli.Az sia-ya istinadən xəbər verir ki, Alvarez Maradona tərəfindən narkotik maddə və cinsi istismara məruz qaldığını söyləyib. 2000-ci ildə Kubaya narkotik müalicəsi üçün gələn 40 yaşlı Maradona ilə tanış olanda cəmi 16 yaşında olduğunu ifadə edib: "Maradonanın otağına aparılanda həyatımda ilk dəfə bir otelə girmişdim. Maradona ilə həyat dəlicə və əyləncəli idi. Partiyalar, gecə klubları" deyib.

Maradonanın onu narkotik istifadə etməyə məcbur etdiyini izah edən Alvarez, "O vaxt xaricə getmək qadağan idi. Kubanın keçmiş prezidenti Fidel Kastro, Maradonanın sayəsində xaricə getməyimə icazə verib. Maradonanın yubileyinə getdim. Bir dəfə də Argentinaya plastik əməliyyat üçün getmişdim. Məni sinəmi böyütməyə məcbur etdirib. 20 günlüyünə getmişdim amma 2,5 ay çəkdi. Məni otel otağına bağlayıb və zorla saxlamışdı" deyib.

Fidel Kastrodan qorxduğua görə bu mövzu haqda danışmayıb. Vəkili Argentinada "İnsan alveri və sui -istifadə" iddiasında təqsirləndirilən şəxs kimi müraciət edən Mavys Alvarezin danışmaq üçün 21 il gözləməsinin səbəbini belə izah edib: Mavys Alvarez lideri Fidel Kastro və Maradona qorxduğu üçün bu vaxta qədər danışa bilməyib. Danışmadan əvvəl ikisinin də ölməsini gözləyib" deyə ifadə edib.

Milli.Az