Quru Qoşunlarının komandanı İstanbula yola düşüb

13 Oktyabr 2021 16:30

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Milli.Az bildirir ki, General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edəcək.

Milli.Az