Media haqqında yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir - Əhməd İsmayılov

13 Oktyabr 2021 15:58

Media haqqında yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Media və Hüquqi Maarifləndirmə" mövzusunda keçirilən tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, hazırlanan yeni qanun layihəsi aidiyyəti üzrə təqdim ediləcək.

Ə.İsmayılov, həmçinin bildirib ki, Azərbaycanın tarixi zəfəri regionda yeni reallıq yaradıb: "Yaranan yeni reallığın dünya ictimaiyyətinə çatdırılması medianın üzərinə düşür"

Milli.Az