Səfurə Əlizadə Avropanı fəth etməyə gedib

3 May 2010 22:10
Səfər Səfurə Əlizadənin və onun ifa edəcəyi "Drip drop" mahnısının tanıdılması məqsədi ilə həyata keçirilir.

Təmsilçimiz Münxen, Köln, Berlin və Hamburq şəhərlərində promo-aksiyalar həyata keçirib, canlı verilişlərdə qonaq olub. S.Əlizadə bildirib ki, belə həyat onu yormur, əksinə cəlb edir.

S.Əlizadə bildirib ki, "Drip drop" mahnısının musiqisevərlər tərəfindən yaxşı qarşılanması onu çox sevindirir. "İnsanlar əziyyətimizi qiymətləndirirlər. Sadəcə təəssüflənirəm ki, mən promo-tur çərçivəsində olacağım ölkələri gəzə bilməyəcəyəm, çünki buna vaxtım olmayacaq"- o, deyib.

Təmsilçimiz əlavə edib ki,  o, 55-ci "Eurovision" müsabiqəsi başlayana qədər promo-turlarda iştirak edəcək. S.Əlizadə proqramın gərgin olmasına baxmayaraq vokal məşqlərə, ingilis dili dərslərinə davam etdiyini vurğulayıb.

/AzərTAc/