Təcavüz iddialarından sonra villasını 1,75 milyona satır - FOTO

13 Oktyabr 2021 20:06

Məşhur rok ifaçısı Merilin Manson haqqında çıxan təcavüz iddialarının ardından Los-Ancelesdəki evini satışa çıxarmalı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Merilin 2013-cü ildə satın aldığı evi 1,75 milyon dollar müqabilində alıcılara təklif edib.

1926-cı ildə tikilmiş villada üç yataq, üç vanna otağı var. Evin ümumi sahəsi 2711 kvadrat metrdir.

Qeyd edək ki, ifaçı aktrisa Evan Reyçl Vud və Esme Byanko da daxil olmaqla bir neçə qadına cinsi təcavüz etməkdə ittiham olunur.

Milli.Az