15:28
Milli.Az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.
Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur
15:06
Bu gün Gəncə şəhərində bir neçə dəfə partlayış səsləri eşidilib. Şəhər sakinləri redaksiyamıza yazaraq situasiyadan məlumatsız olduqlarına görə narahatlıqlarını bildiriblər.
Hüquq-mühafizə orqanlarından Milli.Az-a verilən məlumata görə, bu gün Gəncə şəhəri kənarında yerləşən boş sahədə istifadəyə yararsız olan sursatların utilizasiyası prosesi keçirilir:
"Buna görə də həmin tullantılar təhlükəsiz şəkildə partladılaraq məhv edilib. Vətəndaşların nigaran olmasına heç bir səbəb yoxdur".
Milli.Az