Elçibəyin koronavirusa yoluxan kürəkənindən xəbər var

13 Oktyabr 2021 16:54

Mərhum eks-prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəylinin səhhəti normaldır. Uzun müddətdən bəri koronavirusdan əziyyət çəkən Səmədbəyli təhlükəni dəf edə bilib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Aqil Səmədbəylinin yaxın dostu, MHP İdarə Heyətinin üzvü Bülənt Maşaoğlu məlumat yayıb.

Maşaoğlu Aqil Səmədbəylinin hazırda İstanbulda xəstəxanada müalicə aldığını bildirib. O, həkim nəzarəti altında olan Səmədbəylinin tezliklə əvvəlki sağlığına qovuşacağına əminliyini ifadə edib.

Milli.Az