Maradona 16 yaşlı kubalı qızla yataqda: qalmaqallı VİDEO

13 Oktyabr 2021 17:30

Əfsanəvi argentinalı, guya narkomaniyadan müalicə olunmaq üçün Kubaya gəlib, amma əslində yerli azyaşlı bir qızla əylənibmiş.

Milli.Az lent.az-a istinadla bildirir ki, 60 yaşlı Dieqo Maradonanın ölümündən bir ildən az bir müddət sonra, İnternetdə əfsanəvi argentinalının 2000-ci ildə 16 yaşında yerli bir qız Mavis Alvareslə Kubada necə vaxt keçirdiyinə dair bir video ortaya çıxıb.

Maradonanın həmin vaxt 40 yaşı olub.

O zaman Fidel Kastronun diktaturası ada vətəndaşlarına xarici vətəndaşlarla ünsiyyət qurmağı qəti qadağan edirdi. Ancaq Maradonanın dostu Karlos Ferro Viera gənc kubalı Mavis Alvaresi Varadero şəhərindəki bir oteldə futbol ulduzu ilə görüşə getməyə inandıra bilib.

Maradona sevgilisi, keçmiş qarson Laura Sibillanın onu aldatmasından şübhələndiyi üçün yeni əlaqələr axtarırdı.

Məlumata görə, Mavis Maradonanı heyran edib.

Onlar Maradonanın narkotik asılılığını müalicə etmək üçün gəldiyi iddia edilən bir Kuba reabilitasiya mərkəzində görüşüblər, amma əslində orada narkotik istifadə edib və bir qızı da ona otuzdurub.

Videoda nə var?

Fraqmentlərdən birində 16 yaşlı Mavis Alvaresin Argentinanın bayrağı ilə bəzədilmiş bir otaqda necə oxuduğunu və rəqs etdiyini görə bilərsiniz. Operator Maradona özü olub.

Videonun digər hissəsində futbolçu və qız özünü yataqda çəkmək üçün kameranı düzəldir. Həmçinin görmək olar, necə Qilermo Koppola, Maradonanın ovaxtkı meneceri, dildonu (kişi cinsiyyət orqanına bənzəyən oyuncaq) kürəyindən çıxardır və Dieqoya müraciətlə, sanki mikrofon kimi ona danışır.
 
O vaxt 16 yaşı olan kubalı Mavis Alvaresin 37 yaşı var. Onun sözlərinə görə, Maradona onu valideynlərinin icazəsi olmadan Kubadan Argentinaya aparıb, döşlərini böyütməyə məcbur edib və narkotiklərə otuzdurub. O, hələ də yaşadıqlarından əziyyət çəkir.
 
"16 yaşında olanda Dieqo məni narkotikə öyrətdi. Bu mənim həyatımda ən böyük səhv idi. Kokain istifadə etməməyə çalışdım, amma edə bilmədim. Hər şey spiral boyunca getdi və narkotik maddəni ataraq, alkoqolda sığınacaq tapdım. Bütün bu illərdən sonra özümdən utanıram. Mən cazibəli qız idim, o isə zəngin əcnəbi idi. O məni seçdi, mən isə "yox"  yoxdudeyə bilmədim", - Alvares söyləyib.

Milli.Az