Xırdalanda piyada səkisi qazılıb - Sakinlər avtomobil yoluna çıxmaq məcburiyyətindədirlər - VİDEO

13 Oktyabr 2021 13:13

Abşeronda, Xırdalan şəhərinin mərkəzi küçəsində piyada səkisi qazılaraq ləğv edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edirlər ki, bunu orada inşa edilən yeni binanın rəhbərliyi edib. Bildirilir ki, bina rəhbərliyinin göstərişi ilə piyadalar üçün salınan səki qazılaraq obyektlərə birləşdirilib. Yəni həmin yola düşən hissə qanunsuz olaraq genişləndirilib. Bu yoldan istifadə edən sakinlər isə məcburiyyət qarşısında qalaraq avtomobil yoluna çıxırlar.

Qazıntı işlərinin həqiqətən də sözügedən MTK tərəfindən həyata keçirilib-keçirilmədiyini öyrənmək üçün şirkətin rəhbərliyini axtarsaq da, ofisində tapa bilmədik.

Məsələdən Abşeron rRyon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi isə xəbərsizdir. Əməkdaşlarımızın məlumatından sonra Memarlıq şöbəsinin müdiri Şahin Bayramov "Xəzər Xəbər"ə bildirdi ki, MTK rəhbərliyi qanunsuz olaraq qeyri-iş günündən istifadə edərək həmin ərazidə qazıntı işləri aparıb.

Piyada səkisi bərpa edilənə kimi sakinlər avtomobil yolundan keçməyə məcburdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az