Məktəblərdə kişi müəllimlərin sayı sürətlə azalır - VİDEO

13 Oktyabr 2021 13:00

Təhsil müəssisələrində kişi müəllimlərin sayı sürətlə azalır. Vəziyyət o həddə çatıb ki, xüsusilə orta məktəblərin böyük əksəriyyətində qadın müəllimlərə rast gəlinir. İbtidai sinif müəllimləri arasında isə demək olar ki, kişi müəllim yoxdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosioloq Əhməd Qəşəmoğlu bunun ciddi sosial-psixoloji fəsadlarının ola biləcəyinə dair həyəcan təbili çalır.

Onun fikrincə, məktəblərdə qadın müəllimlərin çoxluq təşkil etməsi gününün çox hissəsini məktəbdə keçirən şagirdlərin psixologiyasında ciddi fəsadlar yarada bilər.

O ki qaldı oğlanların müəllimliyə üz tutmamasının başlıca səbəblərinə, sosioloq bunu bu sahədə əməkhaqqının aşağı olması ilə əlaqələndirir.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan tələbələrin cinsə görə statistikası vəziyyətin nə qədər kritik olduğunu daha aydın şəkildə göstərir. Bu gün universitetin özündə belə 1346 nəfər professor müəllim heyəti çalışır ki, onlardan 954 nəfəri qadındır.

Vətəndaşlar da məktəblərdəki mövcud vəziyyətdən narahatdırlar.

Hazırda orta məktəblərdə dərs deyən azsaylı kişi müəllimlər də problemin fərqindədirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az