İranla danışıqlar haqqında xəbərlər neftin cüzi ucuzlaşmasına səbəb olub

13 Oktyabr 2021 12:30

İran ilə nüvə danışıqlarının bərpası haqqında xəbərlər və bazara əlavə neft xammalının daxil olması ehtimalı dünya bazarlarında neft qiymətlərinin cüzi azalmasına səbəb olub.

Milli.Az report-a istinadən bildirir ki, Şimal dənizində hasil olunan "Brent" markalı neftin dekabr fyuçersləri 0,11 % ucuzlaşaraq, 1 bareli 83,32 ABŞ dollarına satılıb. "WTI" markalı neftin noyabr fyuçerslərinin qiyməti də 0,11 % azalıb və 1 bareli 80,55 ABŞ dolları təşkil edib.

"Danışıqlara artıq bu həftə start verilə bilər", - "Wall Street Journal" yazır.

Ekspertlərin sözlərinə görə, əgər bir neçə həftəlik danışıqlardan sonra ABŞ və İran arasında müqavilə bağlanarsa dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 70 ABŞ dollarınadək ucuzlaşa bilər.

Milli.Az