İndi başımız uca, alnımız açıq gəzirik - Fərhad Bədəlbəyli - VİDEO

13 Oktyabr 2021 10:43

Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ildönümü ərəfəsində SSRİ və Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli Qarabağ Zəfəri ilə bağlı təəssüratlarını Trend BİA ilə bölüşüb.

Xalq artisti müharibə zamanı Azərbaycan xalqının bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin ətrafına dəmir yumruq kimi birləşməsindən, döyüşlərdə qazandığmız ildırımsürətli qələbələrimizdən söz açıb.

F.Bədəlbəyli bildirib ki, Prezident İlham Əliyev 44 gün ərzində istər komandan kimi döyüş meydanlarında, istərsə də diplomatik müstəvidə qətiyyətlə döyüşdü və Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi: "Qarabağ Zəfərinin Azərbaycan tarixində bənzəri, tayı-bərabəri yoxdur. Çünki biz unikal Qələbə qazanmışıq, indi bizr xalq kimi başımız uca, alnımız açıq gəzirik. Qələbəmiz əbədi qürur mənbəyimiz olacaq".

Xalq artisti Fərhad Bdəlbəyli ilə müsahibənin videovariantını təqdim edirik.

Milli.Az