Günay arzusuna çatdı

13 Oktyabr 2021 12:00

Müğənni Günay İbrahimli illərdir xəyalını qurduğu arzusuna çatıb. Sənətçi geyim mağazası açıb.

Milli.Az xəbər verir ki, bu haqda xəbəri Günay axşam.az-a təsdiqləyib. O bildirib ki, bir neçə aydır başı butikin hazırlanmasına qarışıb:

"Fərqli, gözəl bir məkan hazırlayıram. Hər şeyi öz zövqümlə edirəm. Geyimləri də bir-bir seçirəm. Son hazırlıq işləri gedir. Yaxın günlərdə fəaliyyətə başlayacam".

Qeyd edək ki, Günay bir neçə ildir geyim mağazası açmaq istədiyi haqda dəfələrlə açıqlamalar verib.