"Forbes"dən savaş ssenarisi: Rus gəmiləri belə məhv edilir

13 Oktyabr 2021 09:36

NATO ölkələri mümkün müharibədə Kalininqrad vilayətinə ərzaq tədarükünü kəsə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalının şərhçisi Devid Eks öz məqaləsində yazır.

"Eksklav - bu, Rusiyanın NATO sərhədləri daxilindəki bazasıdır. Lakin bu o deməkdir ki, gərginlik baş verən zaman alyans ölkələri yük maşınları, təyyarə və qatarların Kalininqrada hərəkətini bloklaya bilər", - deyə D.Eks bildirir.

Onun sözlərinə görə, Estoniya bu yaxınlarda İsraildən mənzili 320 km-ya çatan gəmi əleyhinə qanadlı "Blue Spear" raketlərini əldə edib:

"Tallin indi Baltik dənizində rus gəmilərinə problem yaratmaq üçün unikal şans əldə edib".

Milli.Az