Türkiyə onları təmizləməlidir - Kontr-admiral

13 Oktyabr 2021 10:24

2023-cü ilə doğru gedərkən cəmiyyətdə sosial travma yaratmadan dövlət aparatı FETÖ-dan təmizlənməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı deyib.

C.Yaycı xüsusilə dövlətin "naməhrəm xidmətlər" adlandırdığı qurumların tolerantlığa yer verilməyəcək şəkildə FETÖ-çulardan təmizlənməli olduğunu söyləyib.

O, Silahlı Qüvvələr, məhkəmə, polis, kəşfiyyat sistemində hələ də FETÖ-çuların olduğunu iddia edib:

"Dövlət aparatının ən kritik uzantıları olan bu orqanların təmizlənməsi paltaryuyan maşın kimi işləyəcək və zamanla ölkənin qalan hissəsini də onlardan təmizləyəcək".

Milli.Az