Körpüdən yıxılan 12 yaşlı qız xilas edilib - FOTO

13 Oktyabr 2021 10:42

Rusiyanın Pskov şəhərində polis körpüdən Velikaya çayına yıxılan 12 yaşlı qızı xilas edib. Bununla bağlı sosial şəbəkəlrdə kadrlar paylaşılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Dmitri Malışov çağırışa gedəndə uşağın suda olduğunu görüb və düşünmədən özünü suya atıb.

"Suya tullananda bir anlıq hiss etdim ki, nəfəsim itdi - su, çox soyuq idi. Ancaq nəsə məni hərəkətə gətirdi və üzməyə davam etdim. Sudan çıxanda elə bil bütün gücümü almışdılar", - deyə hüquq mühafizəçi olanları xatırlayıb.

Malışov uşaqla sahilə yanaşanda sakinlər və FHN əməkdaşlarının köməyi ilə çıxa bilib. Qız həkimlərə təhvil verilib. Onun həyati təhlükəsi olmadığı vurğulanıb.

Polis isə özünü qəhrəman kimi hiss etmədiyini bildirib.

Milli.Az