NATO Rusiya ərazisində aclıq yarada bilər

13 Oktyabr 2021 09:54

NATO Rusiya ilə gərginlik yaranacağı təqdirdə ölkənin Kalininqrad vilayətinin ərzaq və yanacaq təchizatını əngəlləyə, bununla da bölgədə aclığa səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Devid Eks "Forbes" nəşrində dərc olunan məqaləsində bəyan edib.

Onun sözlərinə görə, vaxtilə Almaniya ərazisi olmuş və II Dünya müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçmiş Kalininqrad hazırda NATO sərhədləri çərçivəsində faktiki olaraq yeganə Rusiya hərbi bazasıdır. Eksklavın hər kvadratmetri silah-sursatla doludur.

Hərbi ekspert bu yaxınlarda Estoniyanın İsraildən 320 km məsafəli "Blue Spear" qanadlı raketlərini almaqla Baltik dənizində təkcə müdafiə deyil, həm də hücum imkanları əldə etdiyini, gərginlik zamanı Rusiya ilə Kalininqradın hava və dəniz əlaqəsini kəsə biləcəyini, hətta Sankt-Peterburqu da vura biləcəyini qeyd edib.

Mili.Az