"Evlilik deyəndə tüklərim biz-biz olur"

13 Oktyabr 2021 09:30

4 ildir eşq yaşayan türkiyəli aktrisa Özgü Kaya ilə aktyor Sərdar Şanal Bebek səmtində görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa jurnalistlərin "Evlilik barədə düşünürsünüz" sualına belə cavab verib:

"Evlilik deyəndə tüklərim biz-biz olur. Hələ çox cavanıq, yolun başındayıq. Belə bir şey qətiyyən gündəmimizdə yoxdur. Hələ işləməliyik".

Qeyd edək ki, cütlük "Kimse bilmez" serialında rol aldıqdan sonra eşq yaşamağa başlayıb.

Milli.Az