ABŞ-da atışma baş verib, ölənlər var

13 Oktyabr 2021 08:35

ABŞ-ın Memfis şəhərində (Tennesi ştatı) atışma baş verib.

Trend-in "ABC" telekanalına istinadən verdiyi məlumata görə, yerli poçt şöbəsində 3 əməkdaşın meyiti aşkar edilib.

Məlumata əsasən, onlardan biri digər iki nəfəri güllələyib, daha sonra isə intihar edib.

İnsidentin səbəbi məlum deyil.

Milli.Az