Qreta Tunberq Baydenlə mümkün görüşünü şərh edib

13 Oktyabr 2021 08:30

İsveçli eko-fəal 18 yaşlı Qreta Tunberq "Covering Climate Now" təşkilatının nümayəndələri ilə söhbətində ABŞ Prezidenti Cozef Bayden ilə görüşünü istisna etməyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, isveçli eko-fəalla müahivənin videosu "Covering Climate Now" təşkilatının "YouTube" kanalında yerləşdirilib.

ABŞ lideri ilə mümkün görüş barədə suala cavabında Q.Tunberq bildirib: "Bəli, mümkündür".

Milli.Az