"Telegram"ın işində qüsurlar yaranıb

13 Oktyabr 2021 08:09

"Telegram" mesencerinin işində qüsurlar yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, şikayətlərin çoxu Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrdə qeydə alınıb.

Bildirilir ki, istifadəçilər tətbiqin işindən və serverlə bağlantından şikayət edirlər.

Milli.Az