Bakıda meyvə-tərəvəz bazasında yanğın olub - VİDEO - FOTO

13 Oktyabr 2021 07:55

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Böyük bir ərazidə yerləşən meyvə-tərəvəz bazasında başlayan yanğın əvvəlcə tüstü ilə müşahidə edilib. Daha sonra yanğının miqyası genişlənib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 7 texnika və canlı briqada cəlb edilib. Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Milli.Az