Bakıda piyadanı avtomobil vurub

13 Oktyabr 2021 07:45

Bakının Nərimanov rayonunda avtoqəza zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yol qəzası Fətəli Xan Xoyski küçəsində baş verib.

1967-ci il təvəllüdlü Məmmədova Zəkiyyə Qara qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı çoxsaylı sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az