Bakıda maşın evakuatora çırpılıb - VİDEO - FOTO

13 Oktyabr 2021 07:35

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb.

"Kia" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan evakuatora çırpılıb. Avtoqəza zamanı minik avtomobilinə ciddi ziyan dəyib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Milli.Az