Əli Nasirin qardaşı bədbəxt hadisə nəticəsində öldü

13 Oktyabr 2021 07:30

Tanınmış mərhum şair Əli Nasirin qardaşı Mirtağı Nəsirov bədbaxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az bildirir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Nəsirovu həyətində elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə Lənkəranın Şilavar kəndində baş verib.

Qeyd edək ki, 1959-cu il təvəllüdlü M.Nəsirov Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyinin idman müəllimi idi.

Milli.Az