Ceyhun Bayramov və Mədət Quliyev Serbiya-Azərbaycan matçını izləyiblər

13 Oktyabr 2021 07:19

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və müdafiə dənayesi naziri Mədət Quliyev futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Serbiya yığması ilə səfər oyununu canlı izləyiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Twitter" səhifəsində Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç yazıb.

Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az