Pentaqonun rəhbəri Ukrayna, Gürcüstan, Rumıniya və Belçikaya səfər edəcək

13 Oktyabr 2021 07:05

ABŞ müdafiə naziri Loyd Ostin Gürcüstan, Ukrayna, Rumıniya və Belçikaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı Pentaqonun nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, nazir və onun komandası gələn həftə Avropaya edəcəkləri səfərə hazırlaşacaqlar: "Nazir və komandası Gürcüstan, Ukrayna və Rumıniyada olacaqlar, daha sonra isə onlar bu vacib səfəri NATO ölkələrinin müdafiə nazirlərinin görüşünün keçiriləcəyi Brüssel şəhərində başa vuracaqlar".

Milli.Az