Danimarka DÇ-2022-yə vəsiqəni təmin edib

13 Oktyabr 2021 07:00

Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka yığması Avstriya yığmasının qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 53-cü dəqiqədə Y.Mehle vurub.

Qeyd edək ki, 8 oyundan sonra xallarının sayını 24-ə çatdıran Danimarka yığmasını Dünya Çempionatında iştirak üçün vəsiqə qazanıb.

Daha əvvəl DÇ-2022-də iştirakını Almaniya yığması təmin edib.

Milli.Az