Millimiz Serbiyaya uduzdu - YENİLƏNİB

13 Oktyabr 2021 00:39

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni de Byazinin rəhbərlik etdiyi yığmamız A qrupunun 8-ci turunda Serbiyanın qonağı olub və 1:3 hesabı ilə uduzub.

 

Aktivində cəmi 1 xal olan millimizi qrupda sonuncu pillədə qərarlaşıb.

A qrupunun digər matçında Portuqaliya Lüksemburqu qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

 

12 oktyabr

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, 8-ci tur

22:45. Serbiya - Azərbaycan - 3:1

Qol: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1), Vlahoviç, 53 (2:1), Duşan Tadiç, 83-pen (3:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, "Rayko Mitiç" stadionu

22:45. Portuqaliya - Lüksemburq - 5:0

Qol: Ronaldo, 7-pen. 13-pen, 87, Fernandeş, 17, Palhinha, 69

1

Serbiya

7

5

2

0

16

8

17

2

Portuqaliya

6

5

1

0

16

4

16

3

Lüksemburq

6

2

0

4

5

14

6

4

İrlandiya Respublikası

6

1

2

3

8

8

5

5

Azərbaycan

7

0

1

6

4

15

1

00:12

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, 8-ci tur

22:45. Serbiya - Azərbaycan - 2:1 (İkinci hissə)

Qol: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1), Vlahoviç, 53 (2:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, "Rayko Mitiç" stadionu

22:45. Portuqaliya - Lüksemburq - 3:0 (İkinci hissə)

Qol: Ronaldo, 7-pen. 13-pen. Fernandeş, 17

12.10.2021

23:42

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu, 8-ci tur

22:45. Serbiya - Azərbaycan - 1:1 (Fasilə)

Qol: Vlahoviç, 31-pen. (1:0), Emin Mahmudov, 45+2 (1:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, "Rayko Mitiç" stadionu

22:45. Portuqaliya - Lüksemburq - 3:0 (Fasilə)

Qol: Ronaldo, 7-pen. 13-pen. Fernandeş, 17

23:28

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxıb.

İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən olan Serbiyanın qonağı olacaq. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə ilk qələbə həsrətinə son qoyması heç də inandırıcı görünmür.

Qrup birinciliyini hədəfləyən serblər nəinki qələbə, hətta top fərqini yaxşılaşdırmaq üçün çox qol vurmaq barədə düşünürlər. Bu baxımdan komandamızı çox çətin səfər sınağı gözləyir.

Millimiz hələ uduzmayan güclü Serbiyaya Belqradda yenilsə, qrup sonunculuğunu rəsmiləşdirəcək.

Qrupun digər matçında Portuqaliya Lüksemburqu qəbul edəcək.

Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək. 

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, VIII tur
12 oktyabr
22:45. Serbiya - Azərbaycan - 1:0
Qol: 
Duşan Vlahoviç, 31
Baş hakim: Erik Lambrexts (Belçika)
Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 13. Stefan Mitroviç, 5. Matiya Nastasiç (k), 16. Saşa Lukiç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç, 11. Luka Yoviç, 18. Duşan Vlahoviç
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 15. Uroş Spayiç, 19. Mixaylo Ristiç
Baş məşqçi: Draqan Stoykoviç
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Höccət Haqqverdi, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 19. Filip Ozobiç, 21. Araz Abdullayev, 9. Renat Dadaşov
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə
Baş məşqçi: Canni de Byazi
Belqrad, "Rayko Mitiç" stadionu

1

Serbiya

6

4

2

0

13-7

14

2

Portuqaliya

5

4

1

0

11-4

13

3

Lüksemburq

5

2

0

3

5-9

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

6

0

1

5

3-12

1

Milli.Az