Ata və 10 yaşlı oğlu qatarın altında qaldı

13 Oktyabr 2021 05:33

Rusiyanın Nijni Novqorod vilayətində dəhşətli hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 35 yaşlı ata və 10 yaşlı oğlu yük qatarının altında qalıb.

Yerli polisin məlumatına görə, hadisə axşam saat 8 radələrində Şaxunya şəhərində dəmiryol stansiyasında qeydə alınıb.

Hər ikisi yerindəcə dünyasını dəyişib.

Hazırda müstəntiqlər ata və oğulun qatarın təkərləri altına necə düşdüyünü müəyyənləşdirirlər.

Milli.Az