Azərbaycanda süni nəfəs aparatlarının çatışmazlığı problemi yoxdur - Viktor Qasımov

12 Oktyabr 2021 19:24

Hazırda Azərbaycanda süni nəfəs aparatlarının çatışmazlığı problemi yoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.

V.Qasımov bildirib ki, ola bilsin, hansısa vaxtlarda hansısa məntəqədə belə bir çətinlik olub: "Amma indi belə bir problem yoxdur. Kifayət qədər, hətta işə salınmamış avadanlıqlarımız da var. Bunlara tələbat yaranmasını da istəməzdik, amma lazım olarsa, anbarda olan avadanlıqlardan istifadə oluna bilər".

Milli.Az