Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandum təsdiqləndi

12 Oktyabr 2021 15:46

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Milli.Az