İki oğlunu binadan atan ana özü də intihar etdi

13 Oktyabr 2021 04:33

Ana iki azyaşlı oğlunu hündürmərtəbəli binadan atıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ölümü ilə nəticələnən dəhşətli hadisə Moskva şəhərində baş verib.

Rusiya İstintaq Komitəsinin məlumata görə, uşaqlardan biri 6 aylıq, digəri isə 3 yaşında olub.

Binanın ətrafında uşaqlarla bərabər analarının da cəsədi aşkarlanıb. Məlum olub ki, ana sonra özünü binadan ataraq intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qadını bu cür qəddar cinayətə sövq edən səbəbi araşdırır.

Milli.Az