Kəmalə yenidən aparıcılığa başlayır

12 Oktyabr 2021 20:18

Son vaxtlar aktrisa kimi fəaliyyət göstərən Kəmalə Piriyeva aparıcılığa qayıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, "Özəl" proqramında deyib. Kəmalə bildirib ki, yeni mövsümdə ATV-də maraqlı layihə ilə tamaşaçıların qarşısına çıxacaq:

"Uzun müddətdir tamaşaçılar məndən veriliş istəyir. Çoxdan istədikləri Kəmaləni bu mövsüm görəcəklər. Maraqlı bir layihə ilə gəlirəm. Eyni zamanda seriallarda da rol alıram".

Milli.Az