İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb

12 Oktyabr 2021 21:14

İmişlidə fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İmişli sakini, 1980-ci il təvəllüdlü Şirinov Ramil Akif oğlu iş prosesində beton kütlənin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon prokurorluğu araşdırma aparır.

Milli.Az