Yunanıstanda baş vermiş 6 ballıq zəlzələ Türkiyədə də hiss edilib

12 Oktyabr 2021 18:24

Yunanıstanın Krit adası sahillərində 6,3 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, zəlzələ bu gün yerli vaxtla saat 12:24-də qeydə alınıb.

Bildirilib ki, zəlzələ İzmir və onun ətraf ərazilərində də hiss olunub.

Krit adasının bəzi ərazilərində dağıntıların olduğu qeyd edilib.

Milli.Az