Mahir Emrelinin təkrar testi neqativ çıxdı - FOTO

12 Oktyabr 2021 17:48

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin ikinci koronavirus testi mənfi çıxıb. 

Milli.Az xəbər verir ki, bu barədə onun çıxış etdiyi Polşanın "Legiya" klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruk Tvitter hesabında paylaşım edib.

O bildirib ki, həkimlərin rəyinə əsasən ondan götürülən ikinci testin nəticəsi neqativ olub və Emreli özünü yaxşı hiss edir.

Milli.Az