Nə edək ki, ruzi ardımızca gəlsin?

17 Oktyabr 2021 21:55

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bütün qəmlərini vahid bir qəmə çevirər, Allah başqa qəmlərini aradan aparar. Bir çoxları belə güman edir ki, onlar gərək ruzinin dalınca getsinlər. Ancaq ruzi də ruzi alanın ardınca gedər".

Məsnəvinin bir əhvalatı vardır ki, deyir: "Dünyanın bir yerində yaşıl bir ada var idi. Bu adanın tək sakini inək imiş və bu inək o qədər acgöz idi ki, adanın bütün yaşıllıqlarını axşama qədər yeyər və səhərə heç nə saxlamazdı. Lakin gecə ki, olardı, düşünərdi ki, mən adanın bütün yaşıllıqlarını yemişəm, bəs sabah nə yeyəcəyəm. Bu fikirlə səhərə qədər yata bilməzdi və səhər olanda isə özünü arıqlamış halda görərdi. Lakin ətrafına baxan zaman görərdi ki, ada yenə də yaşıllaşmışdır. Bu inək də başını aşağı salar və axşama qədər otları yeyərdi. Adanın bütün yaşıllıqlarını yeyib bitirərdi. Elə ki, gecə olardı, yenə də həmin düşüncələr sorağına gələr və onu yatmağa qoymazdı. Bu cür illər keçər və həmin inək ondan qafil olardı ki, bu qədər zaman hər səhər yeməyə ruzisi olur. O, hər axşam nigaran yatar ki, sabah nə yeyəcəkdir. Məsnəvi deyir ki, bu inək - insanların nəfsidir. Bu ada isə yaşadığımız dünyadır, illərdir ki, insan ruzisinin Allah tərəfindən gəldiyini görər. Lakin yenə də sabahı üçün nigaran olar və buna görə nə qədər təşviş edərdi. Bəli insan nəfsi bu acgöz inəyə bənzəyir. Bilmir ki, bu qədər illər ruzini Allah veribsə, bundan sonra da ruzisini O, verər.

İmam Əli (ə) buyurur: "Ruzi iki cürdür: o ruzi ki, sən onu istəyirsən və o ruzi ki, o, səni istəyir. Hər kim dünyanı istəyər, ölüm də onu tələb edər ki, dünyadan çıxartsın. Hər kim axirəti istəyər, dünya onu tələb edər ki, ruzisini tamamilə ödəsin".

İmam Əli (ə) yenə buyurur: "Hər kim dünya istəmək üçün çalışar, ona çatmaz. Hər kim əl çəkər, dünya özü onun yanına gələr".

İmam Baqir (ə) Zeyd Şəhama buyurur: "Ruzinin artması üçün vacib namazın səcdəsində bu duanı oxu: "یَا خَیْرَ الْمَسْئُولِینَ وَ یَا خَیْرَ الْمُعْطِینَ ارْزُقْنِی وَ ارْزُقْ عِیَالِی مِنْ فَضْلِکَ الْوَاسِعِ فَإِنَّکَ ذُو الْفَضْلِ الْعَظِیم

Bir nəfər Peyğəmbərin (s) xidmətinə uzun zaman gəlmədi və sonra gələn zaman Həzrət (s) ondan soruşur: "Nə mane oldu ki, bizim yanımıza gəlmirdin?". Kişi deyir: "Xəstəlik, yoxsulluq və ehtiyac". Həzrət (s) ona buyurur: Sənə elə dua öyrədim ki, Allah yoxsulluq və xəstəliyi səndən uzaq etsin. De: "لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ تَوَکَّلْتُ عَلَى الْحَیِّ الَّذِی لَا یَمُوتُ وَ الْحَمْدُ لِلَّهِ الَّذِی لَمْ یَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَداً وَ لَمْ یَکُنْ لَهُ شَرِیکٌ فِی الْمُلْکِ وَ لَمْ یَکُنْ لَهُ وَلِیُّ مِنْ الذُّلِّ وَ کَبِّرْهُ تَکْبِیرا"

Həmin kişi bir müddət sonra Həzrətin (s) xidmətinə gəlir və deyir: "Ey Allahın Rəsulu! Allah (həmin duanın vasitəsilə) xəstəlik və yoxsulluğu məndən uzaqlaşdırdı".

Beləliklə deyə bilərik ki, axirətin üçün çalış ki, ruzi də sənin ardınca gəlsin.

Milli.Az