Maşını sərxoş vəziyyətdə sürənlər ömürlük sürüçülük hüququndan məhrum edilə bilər

12 Oktyabr 2021 17:24

Rusiyada sərxoş vəziyyətdə avtomobil idarə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər, bunu təkrar edən şəxslər isə ömürlük sürücülük hüquqlarından məhrum edilə bilər. Müvafiq qurumlar bununla bağlı noyabrın 1-dək təkliflər hazırlamalıdır. Bu göstərişi hökumət sədrinin müavini Marat Xusnullin verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, indiki qanunvericiliyə əsasən sərxoş sürücülər bir il yarımdan iki ilədək müddətə hüquqlarından məhrum edilə və 30 min rubl cərimə oluna bilərlər. Eyni zamanda, sərxoş vəziyyətdə avtomobil idarə edərkən təkrar yaxalananlar üçün cinayət məsuliyyəti nəzərdə tutulur. Bu halda, pozanları 200-300 min rubl cərimə, 480 saata qədər məcburi əmək, iki ilədək məcburi əmək və ya eyni müddətə həbs cəzası gözləyir.

Milli.Az