Messidən daha bir rekord: Cənubi Amerikada

12 Oktyabr 2021 17:30

Argentinalı hücumçu milli komandanın heyətində 80 qol vuran Cənubi Amerikada ilk futbolçu oldu.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu əlamətdar hadisə 2022-ci il Dünya Çempionatının seçmə mərhələsinin Uruqvayla (3:0) oyununda  baş verib.

Argentinalı oyunun 38-ci dəqiqəsində hesabı açıb.

Bu, Argentina millisində 80-ci yubiley qolu olub. Bu nəticəni əldə etmək üçün Lionel 155 oyunda meydana çıxıb.

Messi oyundan sonra rekorduna görə Cənubi Amerika futbol konfederasiyasının xüsusi mükafatını alıb.

Milli.Az