Rusiyada son sutkada koronavirusdan ölüm sayında yeni rekord qeydə alınıb

12 Oktyabr 2021 16:42

Rusiyada son sutka ərzində daha 28 190 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 832 964 nəfərə çatıb.

Son sutka ərzində 973 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 218 345 nəfərə çatıb.

Bu, pandemiya başlayandan Rusiyada koronavirusdan sutkalıq ölüm satında yeni rekorddur.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə və Braziliyadan sonra altıncı yerdə gəlir.

Milli.Az