Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq

12 Oktyabr 2021 13:00

Bakının Yasamal rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq.

Milli.Az bildirir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 12 oktyabr 2021-ci il tarixində Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az