Özünü asan tələbə intihardan öncə görün nə yazıbmış - Ətraflı VİDEOda

12 Oktyabr 2021 13:30

Sabirabad rayonunda tələbə intihar edib. Gənc oğlan yaşadığı evin yardımçı tikilisində  özünü asıb.

Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olan gənc, "WhatsApp" paylaşımında intihar edəcəyi ilə bağlı məlumat da veribmiş.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 17 yaşlı tələbə intihar etməzdən bir neçə dəqiqə öncə "WhatsApp" vasitəsilə status yazaraq paylaşım edib.

Müəmmalı hadisə ötən gün axşam saat 23:00 radələrində Sabirabadın Bulaqlı kəndində baş verib. Kənd sakini Elmir Mirzəzadə özünü asaraq öldürüb.

Elmirin yaxınları və dostları onun hansı səbəbdən intihar etdiyini bilmirlər. Təbiətcə sakit və mülayim olan Elvin 4 bacının tək qardaşı və ailənin sonbeşiyi olub. Atası deyir ki, Elmir sonuncu dəfə axşam yemək yedikdən sonra anasından hamamda suyu qızdırmasını istəyib və başını yuyacağını deyib. Elə ailəsi ilə sonuncu görüşü də bu olub.

Gənc öldükdən sonra onun "WhatsApp" statusunda özünü öldürəcəyi barəsində paylaşım etdiyi məlum olub.

Qeyd edək ki, Elmir Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi olub.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az