Azərbaycanda kitablar ƏDV-dən azad edilməlidir - Təklif

12 Oktyabr 2021 11:33

Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.

F.Mustafa bildirib ki, kitabların vergidən azad edilməsi dövlət büdcəsinə elə bir təsir göstərməz.

Deputat vurğulayıb ki, xüsusilə regionlarda kitaba marağı artırmaq lazımdır:

"Bir çox ölkələrdə bu təcrübə var, kitablar vergidən azad edilib. Bu gün Azərbaycanda insanların kitaba marağının artırılmasına böyük ehtiyac var. Kitabları əlavə dəyər vergisindən azad etməklə ölkəmizə kitabların gətirilməsini və nəşr edilməsini stimullaşdıra bilərik".

Milli.Az