İkinci əl geyimlər geyinir

12 Oktyabr 2021 12:30

Aktrisa Selma Ergeçin sonuncu açıqlaması maraq doğurub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktrisa ikinci əl geyimlər geyindiyini bildirib.

"Geyimə xidmət etmirəm, o mənə etsin. Köhnəlsə də problem deyil. Dar geyinməyi sevmirəm, sıxılıram. İkinci əl, rahat geyimlər tərcih edirəm. Təbii ki, zövq aldığım tərzlər var, amma onların həyatımda tutacaq ciddiliyi yoxdur. Mən də istəyərəm bütün günü dikdaban ayaqqabıda gəzim. Amma bədənim buna yalnız 10 dəqiqə tab gətirə bilir".

Təbiət və gələcək üçün mübarizə apardığını vurğulayan Selma ət yemədiyini deyib:

"İstifadə etdiyim yuyucu vasitələri mümkün qədər təbii tərkibli, təkrar emal olunan məhsullardan olmasına üstünlük verirəm. Heç vaxt plastik torbalardan istifadə etməmişəm. Suyu lazımsız yerə axıtmamağa və zibili növünə görə ayırıb atmağa çalışıram. Zibili yerə atanları isə heç anlamıram".

Qeyd edək ki, aktrisa hazırda "Camdaki kız" serialında Selen obrazını canlandırır.

Milli.Az