Xalq Artistindən tənqidlərə cavab: Boğazınızda qalmışam

12 Oktyabr 2021 12:18

Xalq artisti Brilliant Dadaşova ünvanına yazılan tənqdilərə sosial şəbəkə hesabında cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mahnı oxuyarkən lentə alınan videosunu yayımlayan müğənni heç kimə əhəmiyyət vermədiyini bildirib.

"Şair çox gözəl deyibmiş - sevənlərin qəlbində, gözügötürməyənlərin isə boğazında tıx olub qalarıq. Nəticədə hər ikisi varlığımızın əhəmiyyətini, gücünü əks etdirər" deyə, o, paylaşımında qeyd edib.

Xatırladaq ki, "Səs Azərbaycan" yarışmasında Vətən müharibəsi iştirakçısı Nicat Tağıyev üçün hər kəs ayağa qalxdığı, B.Dadaşovanın isə oturuqlu onunla görüşdüyü üçün ifaçı tənqid edilib.

Milli.Az