Əlikram Bayramov ona sui-qəsd edən müğənnidən danışdı - VİDEO

12 Oktyabr 2021 14:36

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Milli.Az xəbər verir ki, ifaçı keçirdiyi avtomobil qəzasından danışıb:

"Toya gedirdik, deyə-gülə yola çıxdıq. 3-4 kilometr yol getmişdik ki, qəza keçirdik. Qarşımıza çıxan avtomobil düz mən tərəfə vurdu. Dəhşətli qəza baş verdi. Maşın üzü üstə aşağı düşdü. Hər kəs zədələndi. Nağara ifaçımızın boynu sındı. O an bir tək anam və körpə övladım gözümün önünə gəldi. Bu, mənim üçün hazırlanmış cinayət idi. Həmin insanı tanıyıram. Kim olduğunu öyrəndim. Amma mən ona pislik etmərəm. Onun da ailəsi, övladı var. Bəlkə də peşman olub etdiyi hərəkətdən. O qəzada yenicə ailə quran musiqiçi həyatını itirdi. Ailəsi məni qınadı ki, niyə sənə heç nə olmadı. Onlardan da incimirəm".

Milli.Az