Elnur Əşrəfoğlunun vəziyyəti ağır olaraq qalır - "Yeni Klinika"

12 Oktyabr 2021 10:07

Koronavirusa yoluxan jurnalist Elnur Əşrəfoğlunun səhhətində dəyişiklik yoxdur.

"Yeni Klinika"dan Trend-ə verilən məlumata görə, Elnur Əşrəfoğlunun vəziyyəti ağır ktirik olaraq qalmaqdadır.

Xatırladaq ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Milli.Az